Sevirəm

Axşam oldu, neyləyim?

Sirrim kimə söyləyim?
Öz yarıma deyərəm
Aman, aman, aman
"Səni sevirəm"
Öz yarıma deyərəm
Aman, aman, aman
"Səni sevirəm"

Yarım, səndən küsmüşəm

Əlimi səndən üzmüşəm
Gecə yatıb görmüşəm
Aman, aman, aman
Səni sevmişəm
Gecə yatıb görmüşəm
Səni sevmişəm

O can alan nə bilir, aşiqin pənahı nədir?
Ona bu hüsnü verən qüdrəti-ilahi nədir?
Səfasın özgə görür, mən bəlalərin çəkirəm

Mənim bu qanə dönən könlümün günahı nədir?

Gecə-gündüz edirəm ahu-nalə kuyində
Soruşmayır
Soruşmayır, bu qədər bir fəqirin ahı nədir, yar?

Mən yarımla gələrəm

Dərdim sənə deyərəm
Dindirməsən, ölərəm
Aman, aman, aman
Səni sevirəm
Dindirməsən, ölərəm
Aman, aman, aman
Səni sevirəm



Credits
Writer(s): Xalq Mahnısı
Lyrics powered by www.musixmatch.com

Link