Apardı Sellər Saranı

Gedin deyin Xan Çobana
Gedin deyin Xan Çobana
Gəlməsin bu il Muğana
Gəlməsin bu il Muğana

Muğan batıb nahaq qana
Muğan batıb nahaq qana
Apardı sellər Saranı
Bir alagözlü balanı

Arpa çayı aşdı, daşdı
Arpa çayı aşdı, daşdı
Sel Saranı aldı, qaçdı
Sel Saranı aldı, qaçdı

Alagözlü, qələmqaşlı
Alagözlü, qələmqaşlı
Apardı sellər Saranı
Bir alagözlü balanı

Getdi əldən sənəmin sünbüli-mişkəfşani
Yenə dövr etdi pərişan məni-sərgərdani
Göz bəyazinə çəkər ləllərin surətini
Dəmbədəm xameyi-müjgan ilə, bağrım qani

Çıxdı can kimsəyə izhar edə bilmən dərdim
Nedəyin, ah, bu dərdin nə ola dərmani?
Arpa çayı dərin olmaz
Arpa çayı dərin olmaz
Axar suyu sərin olmaz
Axar suyu sərin olmaz

Sara kimi gəlin olmaz

Sara kimi gəlin olmaz
Apardı sellər Saranı
Bir alagözlü balanı
Apardı sellər Saranı
Bir alagözlü balanı



Credits
Writer(s): əbülqasim Nəbati, Xalq Mahnısı
Lyrics powered by www.musixmatch.com

Link