Demirmi

Dodaq ötmür, dil danışmır
Qəlb deyəni göz demirmi?
Budaq ötmür, gül danışmır
"Tər qönçəni üz" demirmi?
Budaq ötmür, gül danışmır
"Tər qönçəni üz" demirmi?
"Tər qönçəni üz" demirmi?

Yar xəyalı göylər aşır
Möhnətimlə qucaqlaşır

Yar xəyalı göylər aşır
Möhnətimlə qucaqlaşır
Yaxınlaşır, uzaqlaşır
"Səbrin olsun, döz" demirmi?
"Səbrin olsun, döz" demirmi?

Çəmən açır, çiçəklənir
Lalə, sünbül ləçəklənir
Bütün dünya göyçəklənir
Məhəbbətdən söz demirmi?
Bütün dünya göyçəklənir
Məhəbbətdən söz demirmi?
Məhəbbətdən söz demirmi?

Yar xəyalı göylər aşır
Möhnətimlə qucaqlaşır
Yar xəyalı göylər aşır
Möhnətimlə qucaqlaşır
Yaxınlaşır, uzaqlaşır
"Səbrin olsun, döz" demirmi?
"Səbrin olsun, döz" demirmi?

Bütün dünya göyçəklənir
Məhəbbətdən söz demirmi?
Məhəbbətdən söz demirmi?

Yar xəyalı göylər aşır
Möhnətimlə qucaqlaşır

Yar xəyalı göylər aşır
Möhnətimlə qucaqlaşır
Yaxınlaşır, uzaqlaşır
"Səbrin olsun, döz" demirmi?
"Səbrin olsun, döz" demirmi?
"Səbrin olsun, döz" demirmi?
"Səbrin olsun, döz" demirmi?



Credits
Writer(s): Knyaz Nəsirov, Zabitə Məmmədova
Lyrics powered by www.musixmatch.com

Link