Ağlama

Gecələr uzun, gecələr səssiz
Səhərin ətrin neynirəm sənsiz?
Ağrayır qəlbim, ürəyim xəstə
Yata bilmirəm, gəl məni səslə

Göz yaşının axıb gedən giləsi
Ürəyimdən qopub gedir, ağlama
Göz yaşının axıb gedən giləsi
Ürəyimdən qopub gedir, ağlama
Divanə olaram qəmin əlindən
Qəlbimi alovlar didir, ağlama
Qəlbimi alovlar didir, ağlama
Divanə olaram qəmin əlindən
Qəlbimi alovlar didir, ağlama
Qəlbimi alovlar didir, ağlama
Ağlama, yaşım sel oldu
Ürəyim yandı, kül oldu
Həsrətin yaşı il oldu
Ağlama, gülüm, ağlama
Ağlama, bitər bu həsrət
Vüsal olar bizə qismət
Unudulmaz ilk məhəbbət
Ağlama, gülüm, ağlama
Ağlama, gülüm, ağlama

Qaşlarını hər çatılmış görəndə
Həyat eşqi yoxa çıxır sinəmdə
Qaşlarını hər çatılmış görəndə
Həyat eşqi yoxa çıxır sinəmdə
Kipriklərin nəmli-nəmli enəndə
Halımı pərişan edir, ağlama
Halımı pərişan edir, ağlama
Kirpiklərin nəmli-nəmli enəndə
Halımı pərişan edir, ağlama
Halımı pərişan edir, ağlama
Ağlama, yaşım sel oldu
Ürəyim yandı, kül oldu
Həsrətin yaşı il oldu
Ağlama, gülüm, ağlama
Ağlama, bitər bu həsrət
Vüsal olar bizə qismət
Unudulmaz ilk məhəbbət
Ağlama, gülüm, ağlama
Ağlama, gülüm, ağlama
Ağlama, gülüm, ağlama
Ağlama, gülüm, ağlama



Credits
Writer(s): Hidayət Elvüsal, Qurbanov Qənbər
Lyrics powered by www.musixmatch.com

Link