Nə Var, Nə Yox
-Salam, Elnur
-Nə var, nə yox?
-Sağlığın. Sən necəsən?
-Belə də
-Haradan gəlirsən?
-Özüm də bilmirəm
-Qanın niyə qaradı e?
-Heç sənin də qanın qırmızı deyil
-Mən heç, mən bəlaya düşmüşəm
-De görüm, sənə nə olub?
-Mənim də dərdim danışılası deyil, Anar
-Aa başqasını sevir?
-Eh, sevsəydi dərd yarıydı
-Heç kəsi sevmir
-Nə məni, nə də başqasını
-Nə bilirsən?
-Özü belə deyir
-Mənə bax özü çox şey deyir
-Bir də ki, abırlı qız sevdiyini boynuna almaz ki
-Bəs mən yazıq haradan bilim? Fal açdırım?
-Eeh, sən də! Fal niyə?
-Bir az özün həssas ol da
-Anar, bilirsən, deyir ki, inanmıram sənə
-Əşi, deyir deyir də.
-Elə elə ki, inansın
-Yaxşı. Fərhad kimi qaya çapım
-Yoxsa Məcnun kimi çöllərə düşüm, nə məsləhət görürsən?
-Dayan bir az fikirləşim
-Görüm sənə nə məsləhət verim?
-Sən onun gözlərinə bax, gözlər yalan danışmaz
-Eh, onu şairlər uydurub
-Elnur, sən də qəribə söz danışırsan e!
-Şairlər də bizim kimi adamdır da
-Onlar da seviblər, seviliblər
-Eh, mənim dərdim bütün Yazıçılar İttifaqı yığışıb yazsa
-Qurtaran deyil
-Yazıçılar İttifaqı demişkən, nə oldu, cavab yazdı sənə?
-Yox, zəng eləmişdi
-Aha, nə deyir?
-Səsi soyuq idi, buz kimi
-Səsinin temperaturunu soruşmuram e, nə dediyini soruşuram
-Əşi, salam-kalam eləmişdik ki, əlaqə kəsildi
-Bəs təkrar zəng eləmədin?
-Elədim, telefonu bağlı idi
-Hə, indi nə fikirləşirsən?
-Ə, nə fikirləşəcəm ki?
-Səsi sopsoyuq idi buz kimi
-Hə, axır vaxtlar yerin atmosfer qatında ciddi proseslər gedir
-Bununla əlaqədar iqlim
-Dayan görüm e, sən də
-Atmosferin bura nə dəxli var?
-Heç, elə-belə. Sözdür də deyirəm
-Darıxma, hər şey yaxşı olacaq
-Sən də darıxma
-Nə var, nə yox?
-Sağlığın
-Ayrı nə var, nə yox?
-Salamatçılıqdır
-Nə var, nə yox?
-Sağlığın. Sən necəsən?
-Belə də
-Haradan gəlirsən?
-Özüm də bilmirəm
-Qanın niyə qaradı e?
-Heç sənin də qanın qırmızı deyil
-Mən heç, mən bəlaya düşmüşəm
-De görüm, sənə nə olub?
-Mənim də dərdim danışılası deyil, Anar
-Aa başqasını sevir?
-Eh, sevsəydi dərd yarıydı
-Heç kəsi sevmir
-Nə məni, nə də başqasını
-Nə bilirsən?
-Özü belə deyir
-Mənə bax özü çox şey deyir
-Bir də ki, abırlı qız sevdiyini boynuna almaz ki
-Bəs mən yazıq haradan bilim? Fal açdırım?
-Eeh, sən də! Fal niyə?
-Bir az özün həssas ol da
-Anar, bilirsən, deyir ki, inanmıram sənə
-Əşi, deyir deyir də.
-Elə elə ki, inansın
-Yaxşı. Fərhad kimi qaya çapım
-Yoxsa Məcnun kimi çöllərə düşüm, nə məsləhət görürsən?
-Dayan bir az fikirləşim
-Görüm sənə nə məsləhət verim?
-Sən onun gözlərinə bax, gözlər yalan danışmaz
-Eh, onu şairlər uydurub
-Elnur, sən də qəribə söz danışırsan e!
-Şairlər də bizim kimi adamdır da
-Onlar da seviblər, seviliblər
-Eh, mənim dərdim bütün Yazıçılar İttifaqı yığışıb yazsa
-Qurtaran deyil
-Yazıçılar İttifaqı demişkən, nə oldu, cavab yazdı sənə?
-Yox, zəng eləmişdi
-Aha, nə deyir?
-Səsi soyuq idi, buz kimi
-Səsinin temperaturunu soruşmuram e, nə dediyini soruşuram
-Əşi, salam-kalam eləmişdik ki, əlaqə kəsildi
-Bəs təkrar zəng eləmədin?
-Elədim, telefonu bağlı idi
-Hə, indi nə fikirləşirsən?
-Ə, nə fikirləşəcəm ki?
-Səsi sopsoyuq idi buz kimi
-Hə, axır vaxtlar yerin atmosfer qatında ciddi proseslər gedir
-Bununla əlaqədar iqlim
-Dayan görüm e, sən də
-Atmosferin bura nə dəxli var?
-Heç, elə-belə. Sözdür də deyirəm
-Darıxma, hər şey yaxşı olacaq
-Sən də darıxma
-Nə var, nə yox?
-Sağlığın
-Ayrı nə var, nə yox?
-Salamatçılıqdır
Credits
Writer(s): Baba Vəziroğlu, Natiq Qəzənfəroğlu
Lyrics powered by www.musixmatch.com
Link
© 2024 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.