Yağış Olsam

Yuxularım qarışıb
Səni məndən, elə bil, ayırıb
Gördüm birdən yağış yağdı
Kövrəldim, düşündüm
Şimşək çaxdı sevgimə
Mən yağışdan dilədim
Bitsin sənin göz yaşın, kədərin
Gözü yolda məni sevən gözləyir
İslanıb həsrətindən qəm çəkir
Bulud olsam, ürəyimlə ağlaram
Bulud olsam, yağış kimi yağmaram
Addım–addım səndən uzaqlaşıram
Göz yaşına mən bax alışıram
Yağış olsam, sevənlərə dəymərəm
Yağış olsam, ayrılıq gətirmərəm
Addım–addım səndən uzaqlaşıram
Göz yaşına mən bax alışıram
Yağış olsam
Bulud olsam
Yağış olsam
Bulud olsam

Səma olmaq istədim
Varlığını, sirrini öyrənim
Bəlkə, onda buludların göz yaşı
Unudar həmişəlik yağışı
Mən yağışdan dilədim
Bitsin sənin göz yaşın, kədərin
Gözü yolda məni sevən gözləyir
İslanıb həsrətindən qəm çəkir
Bulud olsam, ürəyimdə ağlaram
Bulud olsam, yağış kimi yağmaram
Addım–addım səndən uzaqlaşıram
Göz yaşına mən bax alışıram
Bulud olsam, ürəyimdə ağlaram
Bulud olsam, yağış kimi yağmaram
Addım–addım səndən uzaqlaşıram
Göz yaşına mən bax alışıram
Yağış olsam
Yağış olsam
Yağış olsam
Yağış olsam



Credits
Writer(s): Kəmalə Qasımova, Tunzale Agayeva
Lyrics powered by www.musixmatch.com

Link