Güzgü

Səndən sonra mənə qalan əmanət
Üzərində əksin qalan güzgüdür
Sən gedəndən qoruyurdum onu mən
Səndən sonra çox uzun bir zamandır
Nəfəsindən tərləyən yerlərə
Əllərimlə toxunurdum günlərdir
Sənin ətrin, sanki, qalıb güzgüdə
Baxmayaraq, sən gedəni illərdir
Bu gün düşüb dağıldı parça-parça
Sənsiz qalan ayrılıqlar güzgüsü
Ürəyim də parçalandı onunla
Aldı səndən qalan bircə imkanı
Toplamağa çalışdım, bacarmadım
Ürək kimi sınıb qalan güzgünü
Sən ürəyi, mən güzgünü sındırdım
Yığmaq olmur dağıdılmış parçanı
Nəfəsindən tərləyən yerlərə
Əllərimlə toxunurdum günlərdir
Sənin ətrin, sanki, qalıb güzgüdə
Baxmayaraq, sən gedəni illərdir
Bu gün düşüb dağıldı parça-parça
Sənsiz qalan ayrılıqlar güzgüsü
Ürəyim də parçalandı onunla
Aldı səndən qalan bircə imkanı
Bu gün düşüb dağıldı parça-parça
Sənsiz qalan ayrılıqlar güzgüsü
Ürəyim də parçalandı onunla
Aldı səndən qalan bircə imkanı

Bu gün düşüb dağıldı parça-parça
Sənsiz qalan ayrılıqlar güzgüsü
Ürəyim də parçalandı onunla
Aldı səndən qalan bircə imkanı



Credits
Writer(s): Muxtar Abseynov, Nurlan Eliyev
Lyrics powered by www.musixmatch.com

Link