Bənövşə

Yadıma bir bəndə düşər
Kef sarsılar, həm də düşər
Sənə yazdığım şeirlər
Hər ritm, hər bəndə düşər
Saçları bənövşə, saçları bənövşə
Yaddan çıxartdım deyərkən
Söhbət barəndə düşər
Saçları bənövşə, saçları bənövşə
"Rənglər sevgidir", deyəndə inanmadım
Gözlər o rəngi görəndə dayanmadı
Amma məcbur deyil məhəbbət
Qəlbdə eşqin alovu qalammadı
Olsan da uzaq məndən
Aç qolları, uçaq mənlə
Nə olar, olma qaçaq məndən!
Gəl yanıma, qaçaq mənlə
Olsan da uzaq məndən
Aç qolları, uçaq mənlə
Nə olar, olma qaçaq məndən!
Gəl yanıma, qaçaq mənlə
Yadıma bir bəndə düşər
Kef sarsılar, həm də düşər
Sənə yazdığım şeirlər
Hər ritm, hər bəndə düşər
Saçları bənövşə
Yadıma düşməyin əvəzinə
Kaş yanıma düşərdin
Xəyalınla rəqs edərkən
Cismi-canıma düşərdin
"Kaş"lar kaş olmasa!
Gözlərdə yaş olmasa
Bəlkə heç üzülməzdim
O üz, o göz, o qaş olmasa
Olsan da uzaq məndən
Aç qolları, uçaq mənlə
Nə olar, olma qaçaq məndən!
Gəl yanıma, qaçaq mənlə
Olsan da uzaq məndən
Aç qolları, uçaq mənlə
Nə olar, olma qaçaq məndən!
Gəl yanıma, qaçaq mənlə
Yadıma bir bəndə düşər
Kef sarsılar, həm də düşər
Sənə yazdığım şeirlər
Hər ritm, hər bəndə düşər
Saçları bənövşə



Credits
Writer(s): Rövşən Bayramov, Zamiq əliyev
Lyrics powered by www.musixmatch.com

Link