Bu Gecə

Fikrimdə aylı, ulduzlu
Asiman var bu gecə
Könlümdə körpə quzutək
Bir ümman var bu gecə
Bircə sən yoxsan, əzizim
Bilir aləm bu gecə
Neyçün olmadın, de, ey yar?
Mənə həmdəm, bu gecə
Bircə sən yoxsan, əzizim
Bilir aləm bu gecə
Neyçün olmadın, de, ey yar?
Mənə həmdəm, bu gecə

Həmdəmim sıldırım dağlar
Buludlardır bu gecə
Qonağım qırmızı güllər
Göy otlardır bu gecə
Bircə sən yoxsan, əzizim
Bilir aləm bu gecə
Neyçün olmadın, de, ey yar?
Mənə həmdəm, bu gecə
Bircə sən yoxsan, əzizim
Bilir aləm bu gecə
Neyçün olmadın, de, ey yar?
Mənə həmdəm, bu gecə

Şimşəyə "çaxma" desəm mən
İnan, çaxmaz bu gecə
Araza "axma" desəm mən
Bil ki, axmaz bu gecə
Bircə sən yoxsan, əzizim
Bilir aləm bu gecə
Neyçün olmadın, de, ey yar?
Mənə həmdəm, bu gecə
Bircə sən yoxsan, əzizim
Bilir aləm bu gecə
Neyçün olmadın, de, ey yar?
Mənə həmdəm, bu gecə
Neyçün olmadın, de, ey yar?
Mənə həmdəm, bu gecə



Credits
Writer(s): Emin Sabitoğlu, Zeynal Xəlilov
Lyrics powered by www.musixmatch.com

Link