Ata-Ana

İndi üfüqlərdir sənin məskənin
Bu dünyadan nə tez köçdün?
Doymadın
Qeyrətinə qurban olum, ay ana
Bu dünyada atamı tək qoymadın

Ey dünya, sən mənim canımdan can aldın
Gözlərim görə-görə ata, anamı aldın
Bir məna görmürəm heç nədə
Tənhayam, boş otaqdayam, neynim mən?
Mənimlə danışmır şəkillər
Siz göydə darıxırsız, mən yerdə
Gedişin, ay ana, çəkəcək nə qədər?
Ayrı qalmamışdıq biz axı bu qədər
Gülən gözlərinə qurban olum, ay ana
Əlvida dedin sən, nə tez bu həyata?
Anacan, qayıt gəl, atamı oyat, gəl
Yenidən biz xoşbəxt, əbədi yaşayaq bir yerdə
Anacan, qayıt gəl, atamı oyat, gəl
Qərib oldum sizsiz, kimsəsiz qaldım mən

Əkdiyin güllərin, ay ata, soldu, gəl
Güllər də mən kimi ağladı, doldu, gəl
Bir məna görmürəm heç nədə
Tənhayam, boş otaqdayam, neynim mən?
Mənimlə danışmır şəkillər
Siz göydə darıxırsız, mən yerdə

Gedişin, ay ana, çəkəcək nə qədər?
Ayrı qalmamışdıq biz axı bu qədər
Gülən gözlərinə qurban olum, ay ana
Əlvida dedin sən, nə tez bu həyata?
Atacan, qayıt gəl, anamı oyat, gəl
Yenidən biz xoşbəxt, əbədi yaşayaq bir yerdə
Atacan, qayıt gəl, anamı oyat, gəl
Qərib oldum sizsiz, kimsəsiz qaldım mən



Credits
Lyrics powered by www.musixmatch.com

Link