Keçən Sevda

Səndən qalan bu həsrəti ovuda bilmirəm
Ürəyim qaçır dalınca, qayıda bilmirəm
Şam kimi söndü o günlə, yanmaz bir daha
Odlu bir sevda yaşandı, keçdi, dönməz bir daha
Yanmaz bir daha
Dönməz bir daha
Hardan gəlib çıxdı tənhalıq yenə
Hardan, nə oldu mənə?
Bəlkə də bu sevdanı çox gördü Yaradan
Çox gördü mənə
Ömrüm–günüm, özüm mənim
(Həyatım bu sevgi)
Fikrim, hissim sözüm mənim

Nağıla dönən məhəbbət məni çağırır
Yolumu kəsir bu həsrət, nəfəsi ağır
Bir ömür rahat keçərmi ümid olmasa?
Sevda gətirən durnalar uçur harasa
Yanmaz bir daha
Dönməz bir daha
Hardan gəlib çıxdı tənhalıq yenə
Hardan, nə oldu mənə?
Bəlkə də bu sevdanı çox gördü Yaradan
Çox gördü mənə
Ömrüm-günüm, özüm mənim
(Həyatım bu sevgi)
Fikrim, hissim sözüm mənim

Hardan gəlib çıxdı tənhalıq yenə
Hardan, nə oldu mənə?
Bəlkə də bu sevdanı çox gördü Yaradan
Çox gördü mənə
Ömrüm–günüm, özüm mənim
Fikrim, hissim sözüm mənim
Ömrüm–günüm, özüm mənim
Fikrim, hissim sözüm mənim



Credits
Writer(s): Ikram əliyev, Samir Yaqubov
Lyrics powered by www.musixmatch.com

Link