Dilbərim

Dağlarda maral gəzər
Əl-ayağını daş əzər
Dağlarda maral gəzər
Əl-ayağını daş əzər
Mən yara neyləmişəm
Yarım məndən
Kənar gəzər?
Mən yara neyləmişəm
Yarım məndən
Kənar gəzər?
Dilbərim, tərlanım
Gəl, gəl, ahu balası
Dərdlərimin çarası
Dilbərim, tərlanım
Gəl, gəl, ahu balası
Dərdlərimin davası

Bu dağın o üzündə
Ceyran, atlar düzündə
Bu dağın o üzündə
Ceyran, atlar düzündə
Mən yarımı tanıram
Qoşa xal var üzündə
Mən yarımı tanıram
Qoşa xal var üzündə
Dilbərim, tərlanım
Gəl, gəl, ahu balası
Dərdlərimin çarası
Dilbərim, tərlanım
Gəl, gəl, ahu balası
Dərdlərimin davası
Hər dərdimin davası

O dilbərin mən fəqiri
Mən bəxti
Kəm aşiqiyəm

Qəmim qəm üstə gəlir
Ey... Qəmliyəm
Qəm aşiqiyəm

Eşqi vermiş
Mənə Tanrım
Nazı isə ay aman

Eşqi vermiş
Mənə Tanrım
Nazı isə canana
Gör, necə bəxti qara
Xəyali xəm aşiqiyəm
Dilbərim, tərlanım
Gəl, gəl, ahu balası
Dərdlərimin çarası
Dilbərim, tərlanım
Gəl, gəl, ahu balası
Dərdlərimin davası
Hər dərdimin çarası
Dərdlərimin çarası



Credits
Writer(s): Xalq Mahnısı
Lyrics powered by www.musixmatch.com

Link