Gecələrdə

Fikirlərlə bir yatağa uzandığım gecələrdə
Çöldə soyuq, ürəkdə bir yer ayırdım acı dərdə

Təsadüfmü ya zərurət, soruşmadım
Bəlkə də böyük bir qəbahət, danışmadım
Şəkillərlə tək başına dalaşdığım ayıq-sayıq gecələrdə
Təsadüfmü ya zərurət, soruşmadım
Bəlkə də böyük bir qəbahət, danışmadım
Şəkillərlə tək başına dalaşdığım ayıq-sayıq gecələrdə
Fikirlərlə bir yatağa uzandığım gecələrdə

Uzaqlarda tək başıma tükəndiyim gecələrdə
(Gecələrdə)
İstəmədim, biləndə sən acı versin o qədər də

Təsadüfmü ya zərurət, soruşmadım
Olsa da bir böyük məhəbbət, barışmadım
Xəyallarla dolaşdığım ayıq-sayıq gecələrdə
Təsadüfdür ya zərurət, soruşmadım
Olsa da böyük məhəbbət, barışmadım
Xəyallarla dolaşdığım ayıq-sayıq gecələrdə
Fikirlərlə bir yatağa uzandığım gecələrdə

Səni yanımda istədim
Hər gün qan ağlayırdı gözlərim də
Gecələrdə o-ooooooh
(Yanımda istədim)
Sənsiz yenə tənha öz yerimdə
Gecələrdə o-ooooooh
Hər gün qan ağlayırdı gözlərim də
Sənsiz yenə tənha öz yerimdə
Gecələrdə o-ooooooh



Credits
Writer(s): Azər şirinov, Elçin Cəfərov
Lyrics powered by www.musixmatch.com

Link