Yarı Zarafat

Sağ tərəfdən çönüb götü süzən gözə bax
Böyük sözü yemə deyə kiçik sözə bax
Bax, bax
Gecə küçədə qalanın həyatına bax
Həyatını boş verənin həyasına bax
Bax, bax
Düzün bir başı var qalan başı kəsək?
Ürəyiaçıq camaatın evi daş kəsək
Vecsiz adam ötür başı götür maşın gəzək
Bu millətin dərdi səri, toya aş bəzək
Bəzək, bəzək
Bir nəfərə bəs eləmir min nəfərlik seyf
Min nəfəsi dəf eləmir bir səhvimiz eyib
Bu səfər də fürsət ələ düşmədi heyif
Pul səpələ yüz nəfərə rüşvəti yeyib
Yeyib, yeyib
Dava dalaş pul üstə kulistə yol istə
Sevinməsin neynəsin yazığ polis ac isə
Maraqlı məcraya axın edir hadisə
Qaqaş söyüb polisi işi düşür polisə
Polisə

Yaxşı söz zəka açar efirdən iraq
Bəxtimizə nə çıxarsa Çevirəy bir çarx
Cahilə kitab alimə bıçaq
Zaura Günay tvdən uzaq
Qaç, qaç
Ölkədə baş verən hadisələr
Uzaqgörən adam üçün adi gələr
Qadir qələm, təbimiz Allah
Əlhəmdulillah müsəlmanam
Ha sübhanAllah

Ey yeri deyil
Yeri deyil ey dedim axı yeri deyil
Bu millətin torpağı xainin evi deyil
Ac yalavac yarı tamam ac yarı salamat
Yağa bala batan adam baxmır salama
Yatır narahat yazıq camaat
Yarı tam azad yarı qazamat
Yarıtmaz adam yarı topaza
Yarı namaza
Yaxşı başa sal yada başa qapaz at
Sözü soxurlar yarı zarafat



Credits
Writer(s): Sebuhi Mecnunlu, Ricand Thadeus
Lyrics powered by www.musixmatch.com

Link