Hər Çiynin Öz İstifadə Müddəti Var

Narazı olduğundan xeyli razısan
Baby, yazıqsan sənə demiyiblərmi
Hər çiynin öz yük daşıma müddəti var?
Hər çiynin öz yük daşıma müddəti var?
Narazı olduğundan xeyli razısan
Baby, yazıqsan sənə demiyiblərmi
Hər çiynin öz yük daşıma müddəti var?
Hər çiynin öz yük daşıma müddəti var?
Bir az nəfəsi dər, əbəs illər və fəsillər əvəzində
Partlamağa hazır bir civəsən
"Əzilmək necə hissdir?" soruşsam, yəqin incimərsən
Özünü rədd et, ya sev
Solmuş oboy, köhnə videomaqnitofon
Qutularla porno kaset
Əlində resept, dərmanlar desert, tabutun rezerv
Həyatı tez etməlisən reset
Buranın günəşi özünü yandırıb
Ulduzlar parlamır
Əldə qalan puzzle heç nəyi tamamlamır
Tam anlamırsan
Çox davamlı bir hal alıb
Bu, göydələnlər daxilində öyrənilmiş çarəsizlik
Böyüdüm buranın havasın udub
İndisə, elə bil içimdəki skeytir qaqaşı kamaz vurub
Güc ver inadla, üç ver, bir al
Tanrıyla sövdələşmə daxilində öyrənilmiş çarəsizlik
Ətrafda insan əti yeyən veqanlar
Bərkiyib gövdən metaldan
Hardaydı səhvin, get, axtar tap
Görmək isdəmədiyin detallardasan
Taraz dayanmaz, əgər o başın heç hallanmasa
Bivec adamlarla dolu bu şəhərə uyğunam
Bir qurğuya bənzərik
Orqanik bədənlərdə mexanik duyğularla
Hər nədənsə hər nəfəsdə
Ət qəfəslər daxilində öyrənilmiş çarəsizlik
Narazı olduğundan xeyli razısan
Baby, yazıqsan sənə demiyiblərmi
Hər çiynin öz yük daşıma müddəti var?
Hər çiynin öz yük daşıma müddəti var?
Narazı olduğundan xeyli razısan
Baby, yazıqsan sənə demiyiblərmi
Hər çiynin öz yük daşıma müddəti var?
Hər çiynin öz yük daşıma müddəti var?



Credits
Lyrics powered by www.musixmatch.com

Link