Soyuqqanlı Olmaq Üşüdür (Demo)

Var olduğumu düşünmək
Tez-tez tərcih elədiyim intihar yöntəmim
Ağlamıram, baxmaqdan axmaqla edir imtina gözlərim
Mənə atdanmağa bir bina göstərin, ya da
Maarifləndirə biləcək bir kitab göndərin
Onu yandırım, isinim
Soyuqqanlı olmaq üşüdür
Tanrı daxil, heç kim məndən iltifat gözləmir
Var olduğumu düşünmək
Tez-tez tərcih elədiyim intihar yöntəmim
Ağlamıram, baxmaqdan axmaqla edir imtina gözlərim
Mənə atdanmağa bir bina göstərin, ya da
Maarifləndirə biləcək bir kitab göndərin
Onu yandırım, isinim
Soyuqqanlı olmaq üşüdür
Tanrı daxil, heç kim məndən iltifat gözləmir
Çatmır göylərə səsimiz
Nəsihətilə böyümüşük göy qurşağının
Nə olduğunu ağ-qara TV'lərdən öyrənən nəslin
Günəşi görə bilmirik
Başımızın üstünü göydələnlər kəsib
Amma istəyirlər, güllər pöhrələnsin hər daim
Mənim buynuzum uzanır
Siz pinokyosuz, burnuvuz uzanır
Çəkirəm bir paket, duygusuzluq sarıb
O da uydurub uzadır anlayırsan ki
Həqiqət bildiklərini kimsə götündən uydurub qısası
Mənə dəymə, qoy öz bataqlığımda eşələnim
Çatsın öz adamlığımla kesh'ə əlim
Qalxsın göz qapaqlarımda meşələri
Dənizləri, çayları, dağları görüm, tanıyım
Mənə dəymə, qoy öz bataqlığımda eşələnim
Çatsın öz adamlığımla kesh'ə əlim
Qalxsın göz qapaqlarımda meşələri
Dənizləri, çayları, dağları görüm, tanıyım, yeah!

Xoşbəxtliyin ibadət sayıldığı ölkədə kafirəm
Məni örgədən dahilər yarı döngədə
Anidən qoyub qaçıb
Köhnələr ölməyə tabelər
Həyat təcrübələrini 0-a bölməyə tab elər
Problem məqsədsiz sabahlara açılan
Bu rutinə heç cür alışmamağımızdır
Bizdən tələb olunan marağı itirməsinlər deyə
İzləyən uşaqlara bu filmin sonu haqda
Heç nə danışmamağımızdır
İnsan öz irqinin öləcəyini bildiyi an
Keçirdiyi şokun nəticəsi cənnəti yaradıb ki
Qoy qaçsın burdan əlacsız qullar
Qoy qaçsın burdan əlacsız qullar



Credits
Lyrics powered by www.musixmatch.com

Link