Çiçəklər Sevinsin

Məhəbbət bir kəpənəktək
Hər çiçəyə, gülə qonan deyil
Oda düşsə, yanan deyil
Şaxtalara düşsə, donan deyil
Yaşa öz ömrünü sevə-sevə
Vüsal gör, hicrana döz
Məhəbbətlə vursun
Qoy döyünsün gül qəlbimiz
Yaşa öz ömrünü sevə-sevə
Vüsal gör, hicrana döz
Məhəbbətlə vursun
Qoy döyünsün gül qəlbimiz
Həyat gözəl, gün gözəl
Könül açın, sevin siz
Çiçək verin qızlara
Çiçəklər sevinsin
Çiçək verin qızlara
Çiçəklər sevinsin
Məhəbbət bir tər çiçəkdir
İncidərsən onu, sola bilər
Tələsərsən, yanılarsan
Geciksən, özgənin ola bilər
Könül ver birinə, sevib, yaşa
Sevin ki, öz gülün var
Gör necə xoşbəxtsən
Sənin də bir sevgilin var
Könül ver birinə, sevib, yaşa
Sevin ki, öz gülün var
Gör necə xoşbəxtsən
Sənin də bir sevgilin var
Həyat gözəl, gün gözəl
Könül açın, sevin siz
Çiçək verin qızlara
Çiçəklər sevinsin
Çiçək verin qızlara
Çiçəklər sevinsin

Yaşa öz ömrünü sevə-sevə
Vüsal gör, hicrana döz
Məhəbbətlə vursun
Qoy döyünsün gül qəlbimiz
Həyat gözəl, gün gözəl
Könül açın, sevin siz
Çiçək verin qızlara
Çiçəklər sevinsin
Çiçək verin qızlara
Çiçəklər sevinsin



Credits
Writer(s): Nüsret Kesemenli, Tofiq əhmədov
Lyrics powered by www.musixmatch.com

Link