Gəl Bizim Dağlara

Sən bizə təbiət oyananda gəl
Lalələr al rəngə boyananda gəl
Sevənlər ataraq qəmin daşını
Görüşüb sevinclə dayananda gəl
Görüşüb sevinclə dayananda gəl
Gəl bizim dağlara, gör nə gözəldir
Çayları seyr elə, çağlayıb getsin
Ürək qəm-kədəri qovlayıb getsin
Burdan ayrılanda çağlayıb getsin
Burdan ayrılanda çağlayıb getsin

Bulaqlar səsləyər suyuna səni
Fəsillər ən gözəl ayına səni
Payızda tar-kaman gələndə dilə
Cavanlar çağırar toyuna səni
Cavanlar çağırar toyuna səni
Gəl bizim dağlara, gör nə gözəldir
Çayları seyr elə, çağlayıb getsin
Ürək qəm-kədəri qovlayıb getsin
Burdan ayrılanda ağlayıb getsin
Burdan ayrılanda ağlayıb getsin



Credits
Writer(s): Arif Melikov, Həmid Abbasov
Lyrics powered by www.musixmatch.com

Link