Parlayan Ulduzum

Sən mənim parlayan ulduzum
Boşver dərdi və qruzu
Gəl yenə yanıma yol uzun
Qucağlıyım səni up uzun

11 ayın sonu sol yanımdasan
Xaosun içində art hayındasan
Həyatda marağla ötdü aylarım
Aç gözlərini və Mart ayindasan

Kaİnat həsrətdir
Yanımda qalıb getmə
Mən sənə
Düşürəm yenə

Gəl mənə sevgini mən gördüm
On dördü dərdlərim son gördü
Söndü şamlar yeni gün döndü
Göstərdim sənə mən on dördü

Saxlayın düşəcəm gözlərində
Sən qaça bilmərsən sözlərimdən
Saxlayıb düşürəm gözlərinə
Və əlin olur indi öz əlimdə:)

Sən mənim parlayan ulduzum
Boşver dərdi və qruzu
Gəl yenə yanıma yol uzun
Qucağlıyım səni up uzun

Sevgi ilə qalxıb göydələnə
Gedib danışırlar görək orda nələr
Çətinlik içində böyüyən uşağın
Arzusu ulduz göydən enən

Gəlmədən günəş gəl gedək
Buranı tərk edək,zamanı sərf edək
Yeri gələndə biz səhv edək
Əsas dünyamızıda dərk edək

Ürəyin məskən olubdu mənə
Sənsiz əllərim donubdu yenə
Bir gün həyatın sonunda belə
Parlayan ulduz solumda gedər

Röyaya qapılıb səncə nədən
Dünyaya baxırıq pəncərədən
Ört qapını gəl söz deyəcəm
Sən gözəlsən ən gözəl mənzərədən

Sən mənim parlayan ulduzum
Boşver dərdi və qruzu
Gəl yenə yanıma yol uzun
Qucağlıyım səni up uzun



Credits
Lyrics powered by www.musixmatch.com

Link