Sən Yox, Mən İdim

Sən getdin
Mən pəncərədən durub sənə baxırdım
Səni hələ görə-görə səninçün darıxırdım
Öpüşünün yeri hələ istiydi dodağımda
Mənsə sənsiz darıxırdım pəncərə qabağında

Sən döngəni burulanda ürəyim lap sıxıldı
Elə bildim, bircə anda pəncərədən yıxıldım
Yıxıldım
Yox, mən ki öz yerimdəydim, o yıxılan nəydi bəs?
Bu ömürdən birdəfəlik o yox olan nəydi bəs?
O yox olan ömrümüzün bu günü, saatıydı
Bu günün rəngi, qoxusu, bu günün öz dadıydı

Sən gedirdin təzə-təzə görüşlər ümidində
Mən bilirdim həmişəlik ayrılırıq bu gündən
Bu gündən
Mən bilirdim, bu gün axşam məni səfər gözləyir
Başı üstdə ulduz yanan bir yad şəhər gözləyir
Ömrün təzə səhifəsi açılırdı qabaqda
Amma sənə bircə sətir yer yoxdu o varaqda

Sən mənimçün daha ötmüş, bitmiş bir dünən idin
Sən gedirdin
Bilmirdin heç, gedən sən yox, mən idim

Sən mənimçün daha ötmüş, bitmiş bir dünən idin
Sən gedirdin
Bilmirdin heç, gedən sən yox, mən idim

Sən gedirdin
Bilmirdin heç, gedən sən yox, mən idim



Credits
Writer(s): Ramiz Rovshen, Araz Imanov
Lyrics powered by www.musixmatch.com

Link