Yada Düşürsən

Yadıma düşürsən, sevgilim hərdən
Ürəyim az qalır, çıxsın yerindən
Görüşə bilsəydik bir də təzədən
Vallah bu dünyada dərdim olmazdı

Hərdən istəyirəm yanına gələm
Uzaqdan da olsa üzünü görəm
Səni danışdıram, halını soram
Bəlkə bir baxışın yaşatdı məni

İçmişəm bu eşqin zəhərini mən
Almıram nə vaxtdır xəbərini mən
Boyumdan da böyük kədərini mən
Salıb ürəyimə, dağ eyləmişəm
İçmişəm bu eşqin zəhərini mən
Almıram nə vaxtdır xəbərini mən
Boyumdan da böyük kədərini mən
Salıb ürəyimə, dağ eyləmişəm

Atıram sevgindən bir az qəlbimə
Qəlbimin içində oda düşürsən
Qəlbim şahiddir gecələrimə
Gecə səhərədək yada düşürsən

Hərdən istəyirəm yanına gələm
Uzaqdan da olsa üzünü görəm
Səni danışdıram, halını soram
Bəlkə bir baxışın yaşatdı məni

İçmişəm bu eşqin zəhərini mən
Almıram nə vaxtdır xəbərini mən
Boyumdan da böyük kədərini mən
Salıb ürəyimə, dağ eyləmişəm
İçmişəm bu eşqin zəhərini mən
Almıram nə vaxtdır xəbərini mən
Boyumdan da böyük kədərini mən
Salıb ürəyimə, dağ eyləmişəm

Bəlkə indi sağ olsaydın
Sənin yazdığın bu şeirə daha şən mahnılar oxunardı
Amma yox, sən elə özün yaxşı bilirdin ki
Bu mahnı qəmli olacaq
Çünki sən artıq vətən uğrunda canından keçməyə hazır idin
Sən ölməmisən, sən şəhid olmusan!
Sevgini yaşada bilməsən də
Ürəklərdə sevilərək yaşayacaqsan
Sən ölməmisən, sən şəhid olmusan!

İçmişəm bu eşqin zəhərini mən
Almıram nə vaxtdır xəbərini mən
Boyumdan böyük kədərini mən
Salıb ürəyimə, dağ eyləmişəm



Credits
Writer(s): Ferid Kerimli, Pərviz Kəbirli
Lyrics powered by www.musixmatch.com

Link