Əziz Dost

Bir vaxt uşaq idik, dost idin mənə
Başaçıq, ayaqyalın gəzərdik bağları
Səni gördüm, dostum, yad etdim yenə
Bir şirin yuxu kimi ötən o çağları
Ah, niyə, nə üçün mən beləyəm bəs bu gün?
Ah, niyə sənin mən tuta bilmirəm əllərindən?
Nə qəşəngsən, nə gözəlsən
Bu axşam sən, əziz dost!
Nə qəşəngsən, nə gözəlsən
Bu axşam sən, əziz dost!

Ah, bu gözəlliyi mən bəs o zaman
Nə üçün hiss etmədim, dostum, bu günkütək?
Bu gün nə olsa da, əzizim, inan
Öz sözün deyər sənə daha sevən ürək
Ah, niyə, nə üçün mən beləyəm bəs bu gün?
Ah, niyə sənin mən tuta bilmirəm əllərindən?
Nə qəşəngsən, nə gözəlsən
Bu axşam sən, əziz dost!
Nə qəşəngsən, nə gözəlsən
Bu axşam sən, əziz dost!

Əziz dost!



Credits
Writer(s): Tofiq Quliyev, Zeynal Cabbarzade
Lyrics powered by www.musixmatch.com

Link