Yay Manyakı

Boş küçələr, qaranlıq gecələr, mən
Bir də səhərə qədər acından ulayan itlər
Nə telefonum var mənim, nə də zəng eləyənim
Fikirlərlə doludu, SANKİ uçacaq göyə beynim

Hər tərəf mənə sıxıcı
Burda nəsə yanlış bir şey var
Kimsələr mənə gülür
Elə bilirlər dəliyəm, amma
Mən də onlara gülürəm

Mən nə üçün gəldim bu həyata, heç bilmirəm
Dünya fırlanır deyirlər, hiss etmirəm
Hamını çox sevirəm, amma heç sevilmirəm
Özüm də bilmirəm HARDA xəta edirəm?

Hər tərəf mənə sıxıcı
Burda nəsə yanlış bir şey var
Kimsələr mənə gülür
Elə bilirlər dəliyəm, amma
Mən də onlara gülürəm

Normal insanlar həyata bir dəfə gəlirlər
Mən isə
Hahaha
Mən isə artıq 53-cü həyatımı yaşayıram
Çox insan həyatı boyu dəfələrlə aşiq olur
Mən isə 53 həyatımın hamısında
Eyni bir qadına aşiq olmuşam
Mənə dəli deyirlər
Sevdiyim qadının gözlərinə baxa bilmirəm
Baxsam da çox güman ürəyim gedəcək
Mən dəliyəm, çünki fərqliyəm
Fərqliyəmsə, siz də fərqlisiz
Belə çıxır ki, siz də dəlisiz
Bəlkə də təkcə ağıllı olan mənəm
Qalan hamı dəlidi
Yox, yox, özünü aldatma
Milyonlara qarşı şansın yoxdu
Artıq Tanrı qərarını verib
Kim bilir
Bəlkə də 54-cü həyatımda
Mən də o biri tərəfdə olacam
Hamıya qoşulub bir dəli tapıb
Mən də ona gülərəm
Ehhh
Nəysə
Deyəsən Günəş çıxır
Yatmaq vaxtıdır

Burda nəsə yanlış bir şey var
Kimsələr mənə gülür
Elə bilirlər dəliyəm, amma
Mən də onlara gülürəm
Gülürəm
Gülürəm
Gülürəm



Credits
Writer(s): Aka şezerma
Lyrics powered by www.musixmatch.com

Link