Batmış Gəminin Mahnısı

Dəlisov xəzrilər əlindən
Yaralı yelkənim üzüldü
Qayalar tutmadı əlimdən
Dalğalar qəsdimə düzüldü
Bir batmış gəmiyəm indi mən
Suların altında yatmışam
Qorxmuram tufandan, küləkdən
Üzməyin daşını atmışam
Nələr-nələr üzür qəlbimdə
Üzməyi bilməyən nə bilər?!
Rəqqaslartək süzür üstümdə
Fəlakət bilməyən gəmilər
Nələr-nələr üzür qəlbimdə
Üzməyi bilməyən nə bilər?!
Rəqqaslartək süzür üstümdə
Fəlakət bilməyən gəmilər

Dəlisov xəzrilər əlindən
Yaralı yelkənim üzüldü
Qayalar tutmadı əlimdən
Dalğalar qəsdimə düzüldü
Bir batmış gəmiyəm indi mən
Suların altında yatmışam
Qorxmuram tufandan, küləkdən
Sevməyin daşını atmışam
Nələr-nələr üzür qəlbimdə
Sevməyi bilməyən nə bilər?!
Rəqqaslartək süzür üstümdə
Fəlakət bilməyən sevgilər
Nələr-nələr üzür qəlbimdə
Üzməyi bilməyən nə bilər?!
Rəqqaslartək süzür üstümdə
Fəlakət bilməyən gəmilər



Credits
Writer(s): Rasim Imanov
Lyrics powered by www.musixmatch.com

Link