Gəlmə

Gəlmə bu gün
Uzaq durum qəlbə hopan sözlərindən
Gəlmə bu gün
Necə qaçım ağıl qapan gözlərindən?
Gəlmə bu gün
Uzaq durum qəlbə hopan sözlərindən
Gəlmə bu gün
Necə qaçım ağıl qapan gözlərindən?
Sənli günü dünənindən ayrı zümrə zənn edirəm
Gəlmə, kənar gəzim məni səndə tapan izlərindən
Sənli günü dünənindən ayrı zümrə zənn edirəm
Gəlmə, kənar gəzim məni səndə tapan izlərindən

Gəlmə bu gün
Yolum daha uzaq düşür buralardan
Gəlmə daha
Məlhəmi yox, usanmışam yaralardan
Gəlmə bu gün
Yolum daha uzaq düşür buralardan
Gəlmə daha
Məlhəmi yox, usanmışam yaralardan
Səbir edirəm ürəyimdə qalan izin xatirinə
Gəlmə, onsuz anlamı yox gəlməyinin oralardan

Səbir edirəm ürəyimdə
Gəlmə, onsuz anlamı yox gəlməyinin oralardan
Gəlmə

Credits
Writer(s): Aydan əliyeva, Nadir Memmedov
Lyrics powered by www.musixmatch.com

Link