Xəzərin Sahilində

Gördüm burada gör nələr
Yaşıl bağlar, dərələr
Könlüm burada dincələr
Xəzərin sahilində
Qoca, cavan çalışır
Qız oğlanla yarışır
Söhbət sözə qarışır
Xəzərin sahilində
Susuz səhra, torpaq ac
Əyni çılpaq, yalavac
Tək dayanıb bir ağac
Xəzərin sahilində
Torpaq sarı, qum sarı
Gözəldir ruzigarı
Əl çalır yarpaqları
Xəzərin sahilində



Credits
Writer(s): Cəsur Nemətov, Ibrahim Eminov, Namiq Nağdəliyev
Lyrics powered by www.musixmatch.com

Link