Yarpaqlar Rəqs Etdi Torpağın Üstə (Karvanım)

Qismət xəbərsizdir, nə götürəcək?
Azmı aparacaq, çoxmu qalacaq?!
Tale özü bilmir nə gətirəcək
Yasmı qurulacaq, toymu olacaq?!
Yarpaqlar rəqs etdi torpağın üstə
Yağışmı yağacaq, günmü çıxacaq?!
Şan-şöhrət verildi naxələf dosta
Dayaqmı duracaq, evmi yıxacaq?!

Külək divan tutdu bala qovağa
Tezmi yıxılacaq, bərkmi duracaq?!
Haqsızlıq addadı, gəldi qabağa
Yüzmü dağıdacaq?!
Minmi vuracaq?!
Təbiət naəlac, qovaqlar xəstə
Birisi ağladı, birisi güldü
Yarpaqlar rəqs etdi torpağın üstə
Kimisi qanmadı, kimisi bildi
Baş alıb haraya getdi karvanım?
Nə vaxt qayıdacaq?
Qayıdacaqmı?!
Fağır-fağır durdu Azərbaycanım
Nə vaxt ayılacaq?
Ayılacaqmı?!
Baş alıb haraya getdi karvanım?
Nə vaxt qayıdacaq?
Qayıdacaqmı?!
Fağır-fağır durdu Azərbaycanım
Nə vaxt ayılacaq?
Ayılacaqmı?!
Baş alıb haraya getdi karvanım?
Nə vaxt qayıdacaq?
Qayıdacaqmı?!
Fağır-fağır durdu Azərbaycanım
Nə vaxt ayılacaq?
Ayılacaqmı?!
Baş alıb haraya getdi karvanım?



Credits
Lyrics powered by www.musixmatch.com

Link