Qanadlarını Aç

Sabahı tək, gecəsi tək
Tənhadır o kəpənəktək
Səsini kəs, əlini çək
Azad olsun kəpənəktək
Gecəsi yox, səhəri yox
Arzusu var, səbəbi yox
İstəyi var, zamanı yox
Qanadlarını aç, küləklərdən qorxma
Kədərini unut, xoşbəxtlikdən qaçma
Sən uzaqlara uç, amma hər gülə qonma
Gözlərini yum, ürəyini dinlə
Qanadlarını aç, küləklərdən qorxma
Kədərini unut, xoşbəxtlikdən qaçma
Sən uzaqlara uç, amma hər gülə qonma
Gözlərini yum, ürəyini dinlə

Xəyalı tək, həyatı tək
Tənhadır o kəpənəktək
Əlini ver, gözünü çək
Rahat uçsun kəpənəktək
Baharı var, payızı yox
İstisi var, soyuğu yox
Arzusu var, zamanı yox
Qanadlarını aç, küləklərdən qorxma
Kədərini unut, xoşbəxtlikdən qaçma
Sən uzaqlara uç, amma hər gülə qonma
Gözlərini yum, ürəyini dinlə
Qanadlarını aç, küləklərdən qorxma
Kədərini unut, xoşbəxtlikdən qaçma
Sən uzaqlara uç, amma hər gülə qonma
Gözlərini yum, ürəyini dinlə



Credits
Writer(s): Kübra Kərimli, Sevinc Tağiyeva
Lyrics powered by www.musixmatch.com

Link