Uzağın Bir Adı Var

Uzağın bir adı var
Uzağa gedir yollar
İtirir izlərini
Ardından dalğalar
Getdiyin o yerlərdən
Xəyal göndər
Dənizə axacaq
Saçlarından sahil düzəlt
Ağ-qara dağların
Arxasındadır cənnət
Deyirlər oralarda
Gecə yox, sönmür günəş
Dediyin kitabları oxudum
Yuxuda görüşərik
Uzaqdan danışarsan
Sənsizlik çətin gəlir, dostum, mənə
Uzağın da adı var
Uzağın adı sənsən
Sənsizlik çətin gəlir, dostum, mənə

Sənsizlik çətin gəlir, dostum, mənə
Uzağın da adı var
Uzağın adı sənsən
Sənsizlik çətin gəlir, dostum, mənə
Uzağı yaxın elə, sehrbaz, sehrbaz, sehrbaz



Credits
Lyrics powered by www.musixmatch.com

Link