Vəfasızlar Unudulmur

Sən yuxusuz gecələrin səbəbi
Gözlərimdə xumarlanan kədərsən
Hardan biləydi yazıq ürəyim
Bir gün onu sənsiz qoyub gedərsən

Niyə səni düşünürəm hər zaman?
Ürək sənsiz ovudulmur
Vəfalılar heç düşmədi yadıma
Vəfasızlar unudulmur

Sən ola-ola, gəzirəm sənsiz
Qəlbimdə yaşadıb səni var kimi
Mənim xoşbəxtliyim yollarda qaldı
Ünvansız yazılan məktublar kimi

Sən ola-ola, gəzirəm sənsiz
Qəlbimdə yaşadıb səni var kimi
Mənim xoşbəxtliyim yollarda qaldı
Ünvansız yazılan məktublar kimi

Səni qürurum da silə bilmədi
Hər ölən ümidin göz yaşı varmış
Sən elə bilirsən çıxıb getmisən
Hər keçən günün də yaddaşı varmış

Niyə səni düşünürəm hər zaman?
Ürək sənsiz ovudulmur
Vəfalılar heç düşmədi yadıma
Vəfasızlar unudulmur

Sən ola-ola, gəzirəm sənsiz
Qəlbimdə yaşadıb səni var kimi
Mənim xoşbəxtliyim yollarda qaldı
Ünvansız yazılan məktublar kimi

Sən ola-ola, gəzirəm sənsiz
Qəlbimdə yaşadıb səni var kimi
Mənim xoşbəxtliyim yollarda qaldı
Ünvansız yazılan məktublar kimi

Sən ola-ola
Sən ola-ola

Sən ola-ola, gəzirəm sənsiz
Qəlbimdə yaşadıb səni var kimi
Mənim xoşbəxtliyim yollarda qaldı
Ünvansız yazılan məktublar kimi

Sən ola-ola, gəzirəm sənsiz
Qəlbimdə yaşadıb səni var kimi
Mənim xoşbəxtliyim yollarda qaldı
Ünvansız yazılan məktublar kimi



Credits
Writer(s): Ismayıl əsədov, şahin Ilqar
Lyrics powered by www.musixmatch.com

Link