Biləsən

Mənasızdır yağışlar, mənalıdır baxışlar
Mənasızdır yarım qalan, atılmamış addımlar
Mənasızdır suallar, mənalıdır xəyallar
Mənasızdır boş yerə parlayan o ulduzlar

Üzülürəm sakitcə, üzülürəm səssizcə
Kədər verib əl-ələ istəyirlər öldürə
Bacarmıram heçkimlə, kədər mənlə dərdin nə?
Bütün əziyyətimiz, təəssüf ki, Nafilə

Gözlərimi qapasam, göz önümə gələsən
Olacaqları bir-bir söyləyirəm biləsən
Kaşki səndə gələsən, səssizcə gedəsən
Olub keçməyənləri, Unuduram Biləsən

Yenə həmin küçələr
Dəyişməyib gecələr
Dəyişən tək fəsillər
Silinibdi şəkillər
İstəyirəm möcüzə
Kədər məndən vazkeçə
Əllərimdən gedəndən
Kimde qaldın xatire?

Bəs deyildi, olanlar
Bəs deyildi, göz yaşı
Sən məni tərk edəndən
Yenilədim yaddaşı
Gəlmir səsin sorağın
İtib dostun yoldaşın
Unutmuşam birlikdə
Xəyalları qurmağı

Gözlərimi qapasam, göz önümə gələsən
Olacaqları bir-bir söyləyirəm biləsən
Kaşki səndə gələsən, səssizcə gedəsən
Olub keçməyənləri, Unuduram Biləsən

Unuduram Biləsən (Unuduram Biləsən)
Unuduram Biləsən (Unuduram Biləsən)



Credits
Lyrics powered by www.musixmatch.com

Link