Uşaq Evi

Tut əllərimdən, üzüm gülər
Yaşım azdı təəssüf, amma düzünü denən
Yalan varsa burda, onda üzr dilə
Hamı üçün orda hüzur dilə
Dinləməyən var? Özü bilər
Onsuz illərdi qəlbimiz dözür buna
Bizi böyüdən divarlar gözünü yumar
Amma çoxundan fərqli sözünü tutar

Bura uşaq evi, avtomatdı taxtam
Kasıb eli, ağlamaqla qalxmır
Taxta qalxıb baxmır, yuxarıdan aşağı
Vətən sağ olsun boşalt darağı

Ətir iyi özgə, doğmadı barut
Müvəqqəti deyil bizdə, ömürlük qalır
Valideyn yox, bizə baxır daim Tanrı
Məhəbbət nədi? Bizə özgədi dadı
Daimi yerimiz yox, vətən ünvanım
Sizdə qan isti amma biz soyuqqanlı
Siz sevəndə qız, biz vurğun idik torpağa
20 faiz ac idik, ürəkdən doymarıq

Uşaq evi, avtomatdı taxtam
Kasıb eli, ağlamaqla qalxmır
Taxta qalxıb baxmır, yuxarıdan aşağı
Vətən sağ olsun boşalt darağı



Credits
Lyrics powered by www.musixmatch.com

Link