Səncə Nədən

Bu şəhər insanları öldürür, axı səncə, nədən?
Cismimi asıram, ruhumu atıram pəncərədən
Bu şəhər insanları öldürür, axı səncə, nədən?
Cismimi asıram, ruhumu atıram pəncərədən
Pəncərədən, pəncərədən, pəncərədən
Cismimi asıram, ruhumu atıram pəncərədən
Səncə nədən? Səncə nədən? Səncə nədən?
Cismimi asıram, ruhumu atıram pəncərədən
Onun ruhu bağlı, "cəmiyyət" adlı zindanlara
Heç kim deyil doğma, sanki yaddır insanlara
Yalanlar içində boğulub gedən gülüşləri
Onun pəncərəsi baxır qanlı hasarlara
Onu öldürür hamı, yoxsa o özünü?
Nifrət dolu qəlblərə bəlkə onun yox dözümü
Gözləri bağlı, ruhun əzabları bitir indi
Onun getdiyi torpaqda heçnə bitmir indi
Onun arxasıyca ağlamasın indi heç kim
Hər gün gördün ölür, baxdın ona, sən də keçdin
İndi gecdir, bir hekayə bax, yarımçıq
Həyat onun, qərarı isə özü seçmir
Dünya itirir onu, nə olsun ki, bir gecədən?
Kənardan iyrənc görsənirik, bax, necə də
Heç nə qalmayıb, o gözəl mənzərədən
Bu şəhər insanları öldürür, səncə, nədən?
Bu şəhər insanları öldürür, axı səncə, nədən?
Cismimi asıram, ruhumu atıram pəncərədən
Bu şəhər insanları öldürür, axı səncə, nədən?
Cismimi asıram, ruhumu atıram pəncərədən
Pəncərədən, pəncərədən, pəncərədən
Cismimi asıram, ruhumu atıram pəncərədən
Səncə nədən? Səncə nədən? Səncə nədən?
Cismimi asıram, ruhumu atıram pəncərədən
Xəyalda qurduğun gəmilərin hamısı batır
Dalğalar səni daha da uzağa atır
Həyata ümid dolu baxan baxışlar var idi
İndi o baxışların altında nifrət yatır
Həyatdan səni soyudurlar
Ürəyi daşa çevirirlər, onu qurudurlar
Doğmalarından sevgi görmədikcə
Sevginin nə olduğunu zamanla unudurlar
"Evdən çölə çıxmaq olmaz, evdə qal!"-deyirlər
İstədikləri biri olmaq var beyində
Zirvəyə gedən yolda intihara
İlk addım atmağı öyrədir valideynlər
İnsanlar tələsirlər həyatın son mərtəbəsində
Fırlanır karusellər
Özünü ataraq dünyanın pəncərəsindən
Hər gün azad olur Aysellər
Bu şəhər insanları öldürür, axı səncə, nədən?
Cismimi asıram, ruhumu atıram pəncərədən
Bu şəhər insanları öldürür, axı səncə, nədən?
Cismimi asıram, ruhumu atıram pəncərədən
Pəncərədən, pəncərədən, pəncərədən
Cismimi asıram, ruhumu atıram pəncərədən
Səncə nədən? Səncə nədən? Səncə nədən?
Cismimi asıram, ruhumu atıram pəncərədən



Credits
Writer(s): Elvin Nesirov, Kamran Məmmədov, Sadiq Mehdizadə
Lyrics powered by www.musixmatch.com

Link