Ruhunda Gizli

Həyatın min bir rəngini gördüm
Sözlər yetmədi, qələmimə tökdüm
Günlər, aylar, bir ömür yetməz
Nankoru heç nə yola gətirməz
Gözlərə bir bax, lap dəhşət saçır
Onun kimisinə də bax elə bu yaraşır
Yaradan hamını yaradıb yoxdan
Onun hətta ürəyi də palçıqdan
Bəlkə də həyatın hər pilləsində
Qaranlıq qəlbinin qorxaq səsində
Boğulur niyələr burulğanında
Bir insan acizmi öz həvəsindən
Sözümdən incimə, boş ver getsin
Boş verə-verə batdı çıxmadı səsin
Hardadır kimliyin insanoğlu sən
Niyə qurtulmursan iblisdən
Bir tək yol var aydınlıq üçün
Azadlıq ruhunda gizlidir ancaq
Eşitsən qəlbinin əsl səsini
Səni qaranlıqdan o qurtaracaq
Bir tək yol var aydınlıq üçün
Azadlıq ruhunda gizlidir ancaq
Eşitsən qəlbinin əsl səsini
Səni qaranlıqdan o qurtaracaq
Zəngin odur ki, var mərhəməti
Güclü deyirlər boğana nifrəti
Səsləri dinləmə, ürəyinə yol ver
Qəlbində olmasın nifrətə yer
Zəngin odur ki, var mərhəməti
Güclü deyirlər boğana nifrəti
Səsləri dinləmə, ürəyinə yol ver
Bir tək yol var aydınlıq üçün
Azadlıq ruhunda gizlidir ancaq
Eşitsən qəlbinin əsl səsini
Səni qaranlıqdan o qurtaracaq
Bir tək yol var aydınlıq üçün
Azadlıq ruhunda gizlidir ancaq
Eşitsən qəlbinin əsl səsini



Credits
Writer(s): A.k.a şezerma
Lyrics powered by www.musixmatch.com

Link