Xəbərin Olmaz

Yoxluğunda bitirmişəm mən
Vicdanın yox, niyə demədin?
Deyə bilmədin
Yaşananlar, amma demə ki, hər nədir
Deyil əlimdə, çıxıbdır zehnimdən
Özü heç deyil ki fərqində
Elə bilir ki, ölürəm dərdindən
Elə bil, mən dedim axı sonlandır
Deyəsən, məni çox saf biri sandı
Bilmədim bu da nə cür insandır
Düşmənim sən, bir də yalandır
Heç nə mənim vecimə deyil
Verdiyim dəyərə, amma heyif
Nə biləsən axı, nədir eyib
Nə danışım axı, nə də deyim?
Mən unudaram səni, heç belə xəbərin də olmaz
Yorma bu canımı, indi üzüm gülür, bax dərdim az
Demə birdən olmaz, silərəm bir anda, heç xəbərin olmaz
Bitirərəm, yəni bil ki, unudanam yəni
Mən unudaram səni, heç belə xəbərin də olmaz
Yorma bu canımı, indi üzüm gülür, bax dərdim az
Demə birdən olmaz, silərəm bir anda, heç xəbərin olmaz
Bitirərəm, yəni bil ki, unudanam yəni mən
Özü bilər, nə edir etsin, indi sonunu özü bilər
Bu da keçər, gün gələr deyərsən, kaş ki bu da keçə
Adım-adım geriyə baxaraq özünü bilmədən yaraladın
Tanımadım bu qədər zaman içində, səni mən tanımadım
Necə oyanmadım, görüb inanmadım
İtirib elə bil ağlını
Boşuna sərf elədim elə sənə bu vaxtımı
Hiss et ağrını, kim dəyişə sarğını
Gözləmə, pozaram andımı
Çətin bir də görəsən belə bir qayğını
Heç nə qalmadı ki səndən
Demə gəlmədin ki məndən
Bəlkə düzdür mən də səhvəm
Bəzən düşünürdüm, hərdən
Heç nə qalmadı ki səndən
Demə gəlmədin ki məndən
Bəlkə düzdür mən də səhvəm
Bəzən düşünürdüm, hərdən
Mən unudaram səni, heç belə xəbərin də olmaz
Yorma bu canımı, indi üzüm gülür, bax dərdim az
Dеmə birdən olmaz, silərəm bir anda, heç xəbərin olmaz
Bitirərəm, yəni bil ki, unudanam yəni
Mən unudaram səni, heç belə xəbərin də olmaz
Yorma bu canımı, indi üzüm gülür, bax dərdim az
Dеmə birdən olmaz, silərəm bir anda, heç xəbərin olmaz
Bitirərəm, yəni bil ki, unudanam yəni mən



Credits
Writer(s): Cavidan Burcəliyev
Lyrics powered by www.musixmatch.com

Link