Hazırlaşır

Elə bil ki, bilmirəm
Bilmirəm, xəbərim yoxdur
Eşidəndən, hər gecə
Hər gecə səhərim yoxdur
Elə bil ki, bilmirəm
Bilmirəm, xəbərim yoxdur
Eşidəndən, hər gecə
Hər gecə səhərim yoxdur

Amma hərdən bir düşün, məni xatırla mənsiz
Üzülərsən dözmərəm, buna darıxma mənsiz
Sən üzülsən neylərəm, sənə əlim də çatmır
Sabah olmur burada heç, gecələr ay da batmır

Ay ürəyim, o bizi tərk etməyə hazırlaşır
Sən demə bir neçə gündür ki, getməyə hazırlaşır
Əlləri, gözləri, hissləri çox dəyişib, başqadır
Hər nə qədər də dəyişsə, o sevgi həmin yaşdadır

Sənə demişdim; yerini tutmaz heç kim
Belə zamansız gedib unutmaz heç kim
Ya mənə qıyma ya da ki, get, dayanma
İki yolun var, birini seç, yubanma

Ay ürəyim, o bizi tərk etməyə hazırlaşır
Sən demə bir neçə gündür ki, getməyə hazırlaşır
Əlləri, gözləri, hissləri çox dəyişib, başqadır
Hər nə qədər də dəyişsə, o sevgi həmin yaşdadır
Ay ürəyim, o bizi tərk etməyə hazırlaşır
Sən demə bir neçə gündür ki, getməyə hazırlaşır
Əlləri, gözləri, hissləri çox dəyişib, başqadır
Hər nə qədər də dəyişsə, o sevgi həmin yaşdadır



Credits
Writer(s): Afshin Azari, Cəzahir Mirzaliyev
Lyrics powered by www.musixmatch.com

Link