Gəl

Ürəyim sözümə baxmır nə vaxtdır
Yolların yoluma çıxmır nə vaxtdır
Könlümə məhəbbət axmır nə vaxtdır
Ya görüşdük ya tək qaldım bilinməz
Bu həsrətdir asan bitib tükənməz

Məndən qaçmağının səbəbi nədir
Ürək isinmirsə bu bəhanədir
Mənim məhəbbətim çox şəhanədir
Hər addımda hər nəfəsdə silinməz
Bu həsrətdir asan bitib tükənməz

Gəl, ürəyimin parası sənindir
Gəl, gözlərimin qarası sənindir
Gəl, sözlərimin əlası sənindir
Gəlişinə möhtacam, sevgilim
Dön artıq ömrümə

Gəl, ürəyimin parası sənindir
Gəl, gözlərimin qarası sənindir
Gəl, sözlərimin əlası sənindir
Gəlişinə möhtacam, sevgilim
Dön artıq ömrümə

Ömrümü tanıdı intizar, həsrət
Gəl ki, bu gözlər gülsün nəhayət
Sənə nə lazımdır qayıtmaq üçün?
Məndə ürək yoxdur unutmaq üçün
Amma bu həsrətdir bitib tükənməz

Gəl, ürəyimin parası sənindir
Gəl, gözlərimin qarası sənindir
Gəl, sözlərimin əlası sənindir
Gəlişinə möhtacam, sevgilim
Dön artıq ömrümə

Gəl, ürəyimin parası sənindir
Gəl, gözlərimin qarası sənindir
Gəl, sözlərimin əlası sənindir
Gəlişinə möhtacam, sevgilim
Gəl artıq ömrümə

Gəl, ürəyimin parası sənindir
Gəl, gözlərimin qarası sənindir
Gəl, sözlərimin əlası sənindir
Gəlişinə möhtacam, sevgilim
Dön artıq ömrümə



Credits
Writer(s): Ikram əliyev, Nadir Bayramli
Lyrics powered by www.musixmatch.com

Link