Aydınlandım

Sevgim qaranlıqda fanardır, yanır
Həyatım yuxu kimi anlardır, çağırır
Arzularım ağlımda, saatım dayanıb
Aram-aram bükdüm mən, sardım qayığı
Gözlərim fırlanırdı Yer kimi
Hisslər şəkillərdə sərgi
Zirvədə tənhayam, bu vergi
Gözləyir gecəyarı zəngimi, o
Yağışlarsa səngimir
Haradan peyda oldun?
Sevirəm səni
Çəkirəm rəsm
Gecədən bəri səma rənglənib
Zaman əqrəbi
Fani dünyalara qərib
Füzuli kimi yüz il həkimin
Gözlərində "shine" güzgüdəkinin
İçinə tüstü çəkilin
Axdım buludlara mən, aydınlandım
Arzular-arzular saydım, aldım
Seyr elədim, ay dolanır
Gecələr "high" dumandır, "high" duman
Axdım, aydınlandım
Aydınlandım
Aydınlandım
Aydınlandım
Qürurun bənzəyirdi xəncərə
Gözlərin qəlbinədir pəncərə
Axtardım hər gün, hər gün macəra
Gecəmin altındadır mənzərəm
Yayılır istilik qucağıma
Bədəni yandırır bu çaxmaq
Dünyaya qışqırdım ucadan
Sarılıb o mənə, yaxındır səmalar
Sıxılsam, gedərəm üstümdə demolar
Sevgim depoda, tavanda eqomuz
Üşüsən de mənə, yazaram sənçün ev olar
Cibimdə qənd olur, kənd oğlu, saatım dayanıb
İşığı yandırdım, söndürdüm, şəhərim oyanır
Axdım buludlara mən, aydınlandım
Arzular-arzular saydım, aldım
Seyr elədim, ay dolanır
Gecələr "high" dumandır, "high" duman
Axdım, aydınlandım
Aydınlandım
Aydınlandım
Aydınlandım



Credits
Writer(s): Mövlud Niftəliyev, Pərviz Quliyev
Lyrics powered by www.musixmatch.com

Link