Ağrıma, Ürəyim

Ömrün nə vaxtıdır, titrəyir qələm
Yazıb pozmalıyam mən indən belə
Ömrün nə vaxtıdır, titrəyir qələm
Yazıb pozmalıyam mən indən belə
Davaya, dərmana dözə bilmərəm

Davaya, dərmana dözə bilmərəm
Ağrıma, ürəyim, ağrıma hələ
Ağrıma, ürəyim, ağrıma hələ

Dağıtmaq istərəm dumanı, çəni
Oyanıb obaşdan səhər yelinə
Dağıtmaq istərəm dumanı, çəni
Oyanıb obaşdan səhər yelinə
Dağların zirvəsi gözləyir məni

Dağların zirvəsi gözləyir məni
Ağrıma, ürəyim, ağrıma hələ
Ağrıma, ürəyim, ağrıma hələ
Həyatın ən böyük imtahanı var
Sığmayır kağıza, sığmayır dilə

Həyatın ən böyük imtahanı var
Sığmayır kağıza, sığmayır dilə
Neçə qohum toyu, dost nişanı var
Ağrıma, ürəyim, ağrıma hələ
Neçə qohum toyu, dost nişanı var
Ağrıma, ürəyim, ağrıma hələ
Ağrıma, ürəyim, ağrıma hələ

Ürək odur, daim yana
Ürək odur, daim yana
Od püskürə, alovlana
Od vermirsə qəlbə, cana
Demək, o, heç ürək deyil
O, heç mənə gərək deyil
Əgər ki... Aman, ey, aman
Əgər ki sevinib-gülmür
Döyüntüsün heç kəs bilmir
Döyüntüsün heç kəs bilmir
Çırpıntısı eşidilmir
Demək, o, heç ürək deyil
O, heç mənə gərək deyil
O, heç mənə gərək deyil
Ax, ay, aman, ay

Mən neyləyirəm o ürəyi?
Yox arzusu, yox diləyi

Mən neyləyirəm o ürəyi?
Yox arzusu, yox diləyi
Bacarmırsa o sevməyi
Demək, o, heç ürək deyil
O, heç mənə gərək deyil
Vətənimçün... Ay... Ay... Ey

Belə vətənimçün lazım gəlsə
Ey... Polad kimi gərilməsə
Torpağına sərilməsə
Torpağına sərilməsə
Demək, o, heç ürək deyil
O, heç mənə gərək deyil
Ey... O, heç mənə gərək deyil
Ay, aman... Aman, aman... Aman... Ay dadi bidad, ey
Ağrıma, ürəyim, ağrıma hələ
Ağrıma, ürəyim, ağrıma hələ
Ağrıma, ürəyim, ağrıma hələ
Ağrıma, ürəyim, ağrıma, ağrıma hələ
Aman, aman, ax, ay, aman, ey



Credits
Writer(s): Elibaba Memmedov, Hüseyn Arif
Lyrics powered by www.musixmatch.com

Link