Vətən

Sənsən həyatımın mənası, sənsən
Sənsən dağlarımın zirvəsi, sənsən
Sənsən ürəyimin nəğməsi, sənsən
Ağrım, arzum, ümidim sənsən
Vətən, səninlədir qəlbim
Sənsiz, sənsiz şikəst quşa bənzərəm
Sənsiz, sənsiz sevinc dolu gülmərəm
Sənsiz, sənsiz xoşbəxt ola bilmərəm
Sınıq gülə, külə dönərəm
Vətən, sənsiz ola qəlbim
Vətəndir mənə qanad verən, vətəndir
Ömrümə rəng qatan vətən – Azərbaycan
Vətəndir mənim fəxrim, sevgim vətəndir
Xəyallarım, eşqim vətən – Azərbaycan

Sənsən uşaqlıq anılarım, sənsən
Sənsən bu günümün sabahı, sənsən
Sənsən ürəyimin nəğməsi, sənsən
Ağrım, arzum, ümidim sənsən
Vətən, səninlədir qəlbim
Sənsiz, sənsiz yaza bahar demərəm
Sənsiz, sənsiz həyatımı sevmərəm
Sənsiz, sənsiz xoşbəxt ola bilmərəm
Sınıq gülə, külə dönərəm
Vətən, sənsiz ola qəlbim

Vətəndir mənə qanad verən, vətəndir
Ömrümə rəng qatan vətən – Azərbaycan
Vətəndir mənim fəxrim, sevgim vətəndir
Xəyallarım, eşqim vətən – Azərbaycan

Vətəndir mənə ilham verən, vətəndir
Mehriban diyarım vətən – Azərbaycan
Vətəndir mənim fəxrim, sevgim vətəndir
Xəyallarım, eşqim vətən – Azərbaycan
Azərbaycan!



Credits
Writer(s): Aytən əliyeva, Ceyhun Məmmədov
Lyrics powered by www.musixmatch.com

Link