Bilən Olmasın

Gözün gözlərimin içində qalıb
Qorxdum, gözlərinə baxa bilmədim
İstədim, gözümə baxam bir anlıq
Daha öz gözümü tapa bilmədim
Gözümə çəkirəm baxışlarını
Baxıram, nə zaman oyanacaqsan?
İllərlə saxladım göz yaşlarımı
Baxsam, göz yaşımla yuyunacaqsan
Gəlib gözlərimin içinə köçdün
Bir də gözlərimi görən olmasın
Sərirəm üstünə kirpiklərimi
Sənin də yerini bilən olmasın
Gəlib gözlərimin içinə köçdün
Bir də gözlərimi görən olmasın
Sərirəm üstünə kirpiklərimi
Sənin də yerini bilən olmasın

Gözümün içində yuxulayırsan
Gözümün qarası şirin yuxundur
Gözümü qaldırıb baxmaq istədim
Sandım, kirpiklərim sənə toxundu
Gözün gözlərimə yığışıb, köçüb
Gözümün içindən görməzsən məni
Yaxşı gözlərimin içində sənsən
Bəs niyə gözlərdə gəzirəm səni?
Gəlib gözlərimin içinə köçdün
Bir də gözlərimi görən olmasın
Sərirəm üstünə kirpiklərimi
Sənin də yerini bilən olmasın
Gəlib gözlərimin içinə köçdün
Bir də gözlərimi görən olmasın
Sərirəm üstünə kirpiklərimi
Sənin də yerini bilən olmasın

Gəlib gözlərimin içinə köçdün
Bir də gözlərimi görən olmasın
Sərirəm üstünə kirpiklərimi
Sənin də yerini bilən olmasın
Gəlib gözlərimin içinə köçdün
Bir də gözlərimi görən olmasın
Sərirəm üstünə kirpiklərimi
Sənin də yerini bilən olmasın
Gəlib gözlərimin içinə köçdün
Bir də gözlərimi görən olmasın
Sərirəm üstünə kirpiklərimi
Sənin də yerini bilən olmasın
Gəlib gözlərimin içinə köçdün
Bir də gözlərimi görən olmasın
Sərirəm üstünə kirpiklərimi
Sənin də yerini bilən olmasın

Sənin də yerini bilən olmasın
Sənin də yerini bilən olmasın



Credits
Writer(s): Nadir əzimov, Zemfira Elişqızı
Lyrics powered by www.musixmatch.com

Link