Mənim Nəşəli Gecələrim

Bir gün gələcək, qapım döyüləcək
Qoca, tənha Nağılbaz kişi
Gözündə eynək, əlində əlcək
Açacaq qapını sevincək

Mənim nəşəli gecələrim
Mənim nəşəli gecələrim
Mənim nəşəli gecələrim
Mənim nəşəli gecələrim
Mənim nəşəli gecələrimin birində
Anladım ki, yoxsan sağımda
Mənim nəşəli gecələrimin birində
Başqa qız tapdım yatağımda
Mənim nəşəli gecələrimin birində
İtirdim dostu, sirdaşı
Mənim nəşəli gecələrimin birində
Ağladım, tökdüm göz yaşı
Mənim nəşəli gecələrimin birində
Özümü əjdaha sanmışam
Mənim nəşəli gecələrimin sabahısı
Aynaya baxıb utanmışam
Mənim nəşəli gecələrimin birində
Anladım ki, yoxsan sağımda
Mənim nəşəli gecələrimin birində
Başqa qız tapdım yatağımda
Mənim nəşəli gecələrim
Ah, ötüb keçən günlər
Nəşəli gecələrim
Sərxoş olunca içən günlər
Nəşəli gecələrim
Ah, ötüb keçən günlər
Mənim nəşəli gecələrim
Sərxoş olunca içən günlər

Bir gün gələcək, qapım döyüləcək
Qoca, tənha Nağılbaz kişi
Gözündə eynək, əlində əlcək
Açacaq qapını sevincək
Görəcək bir mələk, ona canlı klip göstərəcək
Baxıb dinləyəcək
Əlində əlcək donacaq
Gözündə eynək tərləyəcək
Biləcək Nağılbaz, dinəcək
Hanı xoşbəxtliyim?
Bu vaxt da yer-göy titrəcək, dağılacaq, söküləcək dağlar
Vulkan püskürəcək
Sadə insanlar elə biləcək, bu bir təbii fəlakətdir
Söykənəcək öz qırıq kreslosuna
Üzündə təbəssüm, nəşəli gecələrin xəyallarıyla sönəcək
Öləcək Nağılbaz

Mənim nəşəli gecələrim
Ah, ötüb keçən günlər
Mənim nəşəli gecələrim
Sərxoş olunca içən günlər

Hanı xoşbəxtliyim?



Credits
Writer(s): Anar Cəbiyev
Lyrics powered by www.musixmatch.com

Link