Gözlərin

Süzgün baxışlarla yandan keçəndə
Qəlbimi oxlayar qara gözlərin
Taleyim bəxtimə səni seçəndə
Nə bileydim tora salar gözlərin?

Deyim, yarım, günahını, sən də biləsən
Bəlkə hərdən bir imana, dinə gələsən?
Daha nəyə gücüm çatar?
Sən ki beləsən
Rəhm eləməz sevən yara gözlərin
Deyim, yarım, günahını, sən də biləsən
Bəlkə hərdən bir imana, dinə gələsən?
Daha nəyə gücüm çatar?
Sən ki beləsən
Rəhm eləməz sevən yara gözlərin

Xəbər tutdum başqasına vuruldun
Dərdlərimin səbəbkarı sən oldun
Sən alovlu, mən dözməkdən yoruldum
İndəyədək çəkir dara gözlərin

Deyim, yarım, günahını, sən də biləsən
Bəlkə hərdən bir imana, dinə gələsən?
Daha nəyə gücüm çatar?
Sən ki beləsən
Rəhm eləməz sevən yara gözlərin
Deyim, yarım, günahını, sən də biləsən
Bəlkə bir imana, dinə-dinə gələsən?
Daha nəyə gücüm çatar?
Sən ki beləsən
Rəhm eləməz sevən yara gözlərin

Camalınla mən yazığı üzürdün
Qaş oynadıb çeşmələrin süzdürdün

Sən də biləsən
Dinə gələsən
Daha nəyə gücüm çatar?
Sən ki beləsən
Rəhm eləməz sevən yara gözlərin
Deyim, yarım, günahını, sən də biləsən
Bəlkə bir imana, dinə-dinə gələsən?
Daha nəyə gücüm çatar?
Sən ki beləsən
Rəhm eləməz sevən yara gözlərin
Rəhm eləməz sevən yara gözlərin
Rəhm eləməz sevən yara gözlərin



Credits
Writer(s): əli Vəlioğlu, Faiq Sücəddinov
Lyrics powered by www.musixmatch.com

Link