Aygün

Mən indi bildim ki
Ürəyim acdır
Elə bil çörəyə
Suya möhtacdır
Məhəbbət əbədi
Bir ehtiyacdır
Mənim də dünyada
Sevənim varmı?
Mənim də dünyada
Sevənim varmı?

Doğrudur insanlar mənə əl çalır
Ancaq səadətim yarımçıq qalır
Dağlar da eşq ilə qalxıb ucalır
Eşqisiz bir bahar, deyin, baharmı?
Hanı saçlarımı oxşayan bir əl?
Bir Mehriban nəfəs, bir isti əməl
Gəl ey məhəbbətin
Müjdəsi tez gəl
Məni düşündürən bu arzularmı?
Məni düşündürən bu arzularmı?



Credits
Writer(s): Səməd Vurğun, Zakir Bağırov
Lyrics powered by www.musixmatch.com

Link