Nə yaxşı ki, sən varsan!

Göydə ulduzlar yanır
Gözümə ay nur saçır
Sən mənim yanımda olanda!
Göydə ulduzlar yanır
Gözümə ay nur saçır
Sən mənim yanımda olanda!

Qəlbim nəğmə oxuyur
Könlüm çiçəyə dönür
Sən mənim yanımda olanda!
Qəlbim nəğmə oxuyur
Könlüm çiçəyə dönür
Sən mənim yanımda olanda!

Eşqim mənim, canım mənim!
Göylərdən mənə sən paysan!
Ömrüm mənim, könlüm mənim
Nə yaxşı ki, sən varsan!

Açılır qızıl güllər
Dağılır boz buludlar
Sən mənim yanımda olanda!
Açılır qızıl güllər
Dağılır boz buludlar
Sən mənim yanımda olanda!

Bülbül oxuyur incə
Günəşli olur gecə
Sən mənim yanımda olanda!
Bülbül oxuyur incə
Günəşli olur gecə
Sən mənim yanımda olanda!

Eşqim mənim, canım mənim!
Göylərdən mənə sən paysan!
Ömrüm mənim, könlüm mənim
Nə yaxşı ki, sən varsan!

Göylərdən mənə sən paysan!

Nə yaxşı ki, sən varsan!
Nə yaxşı ki, sən varsan!



Credits
Lyrics powered by www.musixmatch.com

Link