Üzümə Qar Yağır

Ürək yaşamaqdan doydum, deməz ki
Təzə il öpüşək, gözlərimə bax
Nur dolu sevinci kim istəməz ki?
Yağ, ay qar, üzümə, gözlərimə yağ
Bəlkə də, ulduzların ömrü bir ildir
Bəlkə də, ulduzlardır, əriyib belə
Bəlkə də, ulduzların ömrü bir ildir
Bəlkə də, ulduzlardır, əriyib belə
Bir gör, necə qar yağır
Sanki ulduzlar yağır
Qonur kirpiklərimə
Saçıma qonur
Bir gör, necə qar yağır
Sanki ulduzlar yağır
Qonur kirpiklərimə
Saçıma qonur
Bir gör, necə qar yağır
Sanki ulduzlar yağır
Qonur kirpiklərimə
Saçıma qonur

Bu ilin həvəsi - bahar həvəsi
Yayar ellərimə sevinc səsini
Bu ilin nəfəsi - ana nəfəsi
Sevgiyə bürüyər Yer kürəsini
Bəlkə də, ulduzların ömrü bir ildir
Bəlkə də, ulduzlardır, əriyib belə
Bəlkə də, ulduzların ömrü bir ildir
Bəlkə də, ulduzlardır, əriyib belə
Bir gör, necə qar yağır
Sanki ulduzlar yağır
Qonur kirpiklərimə
Saçıma qonur
Bir gör, necə qar yağır
Sanki ulduzlar yağır
Qonur kirpiklərimə
Saçıma qonur
Bir gör, necə yağır
Sanki ulduzlar yağır
Qonur kirpiklərimə
Saçıma qonur

Bu ilin əlləri – ana əlləri
Dünyanın saçını sığallayacaq
Bu ilin yelləri – sevinc yelləri
Daha gur yanacaq hər od, hər ocaq
Bəlkə də, ulduzların ömrü bir ildir
Bəlkə də, ulduzlardır, əriyib belə
Bəlkə də, ulduzların ömrü bir ildir
Bəlkə də, ulduzlardır, əriyib belə
Bir gör, necə qar yağır
Sanki ulduzlar yağır
Qonur kirpiklərimə
Saçıma qonur
Bir gör, necə qar yağır
Sanki ulduzlar yağır
Qonur kirpiklərimə
Saçıma qonur
Bir gör, necə qar yağır
Sanki ulduzlar yağır
Qonur kirpiklərimə
Saçıma qonur
Qonur kirpiklərimə
Saçıma qonur
Qonur kirpiklərimə
Saçıma qonur



Credits
Writer(s): Malik Fərrux, Rəşid Nəsiboğlu
Lyrics powered by www.musixmatch.com

Link