Söylə

Günlərim ötüşür bir duyğu kimi
Dərədən dərəyə axan su kimi
Günlərim ötüşür bir duyğu kimi
Dərədən dərəyə axan su kimi
Sevgilim hərcayi bir ahu kimi

Sevgilim hərcayi bir ahu kimi
Hicran dağlarını aşarmı, söylə?
Hicran dağlarını aşarmı, söylə?
Sənsiz nə zövqü var bağın, baharın?

Açan çiçəklərin, uçan quşların?
Sənsiz cənnət olsa kainat, yarım
Heç mənim ruhumu oxşarmı? Söylə
Heç mənim ruhumu oxşarmı? Söylə
Heç mənim ruhumu oxşarmı? Söylə
Heç mənim ruhumu oxşarmı? Söylə

Səninlə bağlayıb mən əhdi-peyman
Dedim, qismətimiz olmasın hicran
Səninlə bağlayıb mən əhdi-peyman
Dedim, qismətimiz olmasın hicran
Müşfiq quş olsa da, görərsən bir an

Müşfiq quş olsa da, görərsən bir an
Səndən uzaqlarda uçarmı? Söylə
Səndən uzaqlarda uçarmı? Söylə
Sənsiz nə zövqü var bağın, baharın?

Açan çiçəklərin, uçan quşların?
Sənsiz cənnət olsa kainat, yarım
Heç mənim ruhumu oxşarmı? Söylə
Heç mənim ruhumu oxşarmı? Söylə
Heç mənim ruhumu oxşarmı? Söylə
Heç mənim ruhumu oxşarmı? Söylə
Oxşarmı? Söylə
Oxşarmı? Söylə



Credits
Writer(s): Elibaba Memmedov, Mikayil Musfiq
Lyrics powered by www.musixmatch.com

Link