Ana

Çiçək açmaz, bir gül bitməz
Həyat nədir, ay anam, sən olmasan?
Çiçək açmaz, bir gül bitməz
Həyat nədir, ay anam, sən olmasan?
Alışaram, yanaram mən
Səndən ayrı gözü yolda qalaram mən
Alışaram, yanaram mən
Səni Tanrımla bərabər sanaram mən
Anam, anam, qurban ollam
Gəl öpüm üzündən sənin
Anam, anam, qadan allam
Gəl öpüm izindən sənin
Unudaram, unudaram dərdlərimi
Bircə anlıq sığallasan tellərimi
Unudaram, unudaram dərdlərimi
Bircə anlıq sığallasan tellərimi
Anam, anam, qurban ollam
Gəl öpüm izindən sənin
Anam, anam, qadan allam
Gəl öpüm gözündən sənin

Səntək sevən varmı, görən?
Düşünürəm, ay anam, hərdən, hərdən
Səntək məni varmı sevən?
İnanmaram, ay anam, olar yalan
Mənə gəlsin qadan-balan
Uzaq olsun ağrı-acı səndən, anam
Mənə gəlsin qadan-balan
Uzaq olsun ağrı-acı səndən, anam
Anam, anam, qurban ollam
Gəl öpüm üzündən sənin
Anam, anam, qadan allam
Gəl öpüm izindən sənin
Unudaram, unudaram dərdlərimi
Bircə anlıq sığallasan tellərimi
Unudaram, unudaram dərdlərimi
Bircə anlıq sığallasan tellərimi
Anam, anam, canım mənim
Anam, anam, qurban ollam
Gəl öpüm izindən sənin
Anam, anam, qadan allam
Gəl öpüm gözündən sənin
Anam, anam
Gəl öpüm izindən sənin
Anam, anam, qadan allam
Gəl öpüm üzündən sənin



Credits
Writer(s): Hikmet Aslanov
Lyrics powered by www.musixmatch.com

Link