Şuşanın Dağları

Şuşanın dağları başı dumanlı
Qırmızı qoftalı, yaşıl tumanlı
Dərdindən ölməyə çoxdur gümanı
Ay qız, bu nə qaş göz, bu nə tel
Ölərəm dərdindən, onu bil
Danışmasan da, ay balam, barı gül
Ölürəm dərdindən, onu bil

Şuşada axşamlar yanar ulduzlar
Onlardan gözəldir gəlinlər, qızlar
Oturub yol üstə yarını gözlər
Ay qız, bu nə qaş göz, bu nə tel
Ölərəm dərdindən, onu bil
Danışmasan da, ay balam, barı gül
Ölürəm dərdindən, onu bil

Bir vətən mülkünə bax, gör nə gülüstanın var
Nərgizin, yasəmənin, sünbül, reyhanın var, balam
Ey..., aman, ey..., məni şəm yandıra bilməz oda pərvanə kimi
Məni şəm yandıra bilməz oda pərvanə kimi
Vətənim odlar diyarı, Azərbaycanım var
Ay aman, ay aman, aman, ax balam, ey
Şuşanın hər yanda vardır sorağı
Tərifə layiqdir İsa bulağı
Ay dağları, bağları, qızlar oylağı
Ay qız, bu nə qaş göz, bu nə tel
Ölərəm dərdindən, onu bil
Danışmasan da, ay balam, barı gül
Ay qız, bu nə qaş göz, bu nə tel
Ölərəm dərdindən, onu bil
Danışmasan da, ay balam, barı gül



Credits
Writer(s): Isfəndiyar Cavanşirov
Lyrics powered by www.musixmatch.com

Link