Sənə Də Qalmaz

Könlüm sənin əsirin, qəlbim sənindir
Yar, qəlbim sənindir
İnsaf eylə, xoş sözlə məni gəl, dindir
Yar, məni gəl, dindir
Söylə, nədir bu ədalar, bu işvə, bu naz?
Gedər bir gün bu gözəllik, sənə də qalmaz
Yalqızam, yalqız, yalqızam, yalqız
Gəl məni möhnətə, oda salan vəfasız

Söylə, nədir bu ədalar, bu işvə, bu naz?
Gedər bir gün bu gözəllik, sənə də qalmaz

Dağlar başı dumandır, aman Allah
Yar, yenə dumandır
Ayrılığın ölümdən mənə yamandır
Yar, mənə yamandır
Söylə nədir bu ədalar, bu işvə, bu naz
Gedər bir gün bu gözəllik sənə də qalmaz
Yalqızam, yalqız, yalqızam, yalqız
Gəl məni möhnətə, oda salan vəfasız

Söylə nədir bu ədalar, bu işvə, bu naz?
Gedər bir gün bu gözəllik, sənə də qalmaz
Söylə nədir bu ədalar, bu işvə, bu naz?
Vallah, ay qız, bu gözəllik sənə də qalmaz



Credits
Writer(s): Rəsul Rza, Tofiq Quliyev
Lyrics powered by www.musixmatch.com

Link